BİOGRAFİYA

Sakit Məmmədov 1958-ci il Avqust ayının 5-də Neftçala şəhərində anadan olmuşdur.
1978-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini fərqlənmə ilə bitirmişdir. 1978-1980 ci illərdə hərbi xidmətdə olmuşdur. 1981-ci ildə İlya Repin adına Leninqrad Rəssamlıq Akademiyasının rəngkarlıq fakultəsinə daxil olmuş, 1987-ci ildə oranı adəti olaraq fərqlənmə ilə bitirmişdir.
Sakit Məmmədov 30 ildən çoxdur ki bədii yaradıcılıq fəalliyyəti ilə məşğuldur və dünyanın ən mötəbər sərgi salonlarında,qalereyalarında keçirilən sərgilərin iştirakçısı olmuşdur. O 1988-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Sakit Məmmədov 80-ci illərdə formalaşan istedadlı rəssamlar nəslinin parlaq nümayəndəsidir. Rus və Türk dillərini bilir.
Ailəlidir, 3 övladı, 3 nəvəsi var. Övladları Nizar Məmmədov, Cəsar Məmmədov və Aynur Məmmədova da rəssamlıq fəalliyəti ilə məşğuldurlar.