Azərbaycanın əməkdar rəssamı Sakit Məmmədov dünya mədəniyyətinə və rəssamlığına verdiyi töhfələrə görə “Min ilin adamı” medalına layiq görülüb.
S.Məmmədov açıqlamasında bildirib ki, medalın təqdimetmə mərasimi fevralın 9-da Moskvadakı P.Çaykovski adına konsert salonunda baş tutacaq.
Azərbaycanlı rəssamın bioqrafiyası Rusiya Federasiyası Prezident Aparatının, Federasiya Şurasının, Dövlət Dumasının, BMT-nin İnformasiya Mərkəzinin və UNESCO-nun dəstəyi ilə çıxan “Bizim minilin adamları” ensiklopediyasına daxil edilib. Ensiklopediyanın da təqdimat mərasimi eyni məkanda gerçəkləşəcək.

Qeyd edək ki, “Min ilin adamı” medalına Rusiyanın baş naziri Vladimir Putin, Moskvanın və Rusiyanın mərhum patriarxı II Aleksi və bir çox tanınmış şəxsiyyətlər layiq görülüb.